Almaniya hökuməti Almaniyanın “Rheinmetall” konserninə 4 milyard avro dəyərində sursat sifariş edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
“Leopard 2” tanklarının 120 millimetrlik silahı üçün mərmilərin alınması üçün ilkin 550 milyon avro məbləğində müqavilə genişləndirilib. Bu, Bundestaqın arsenalında Ukraynaya silah tədarükü ilə bağlı yaranmış sursat çatışmazlığını kompensasiya etmək üçün edilib.
“Rheinmetall”-a məlumat verilib ki, müqavilə Ukrayna ordusu üçün əhəmiyyətli miqdarda tank sursatının tədarükü də nəzərdə tutur.
Qedy edək ki, “Rheinmetall” şirkətinin rəhbəri Armin Papperger bir müddət əvvəl NATO ölkələrini Rusiya Federasiyası ilə silahlı münaqişə vəziyyətində hərbi xərcləri ÜDM-in 2-3-i qədər artırmağa çağırmışdı.
Yeganə





