MSNBC-nin aparıcısı Mika Bjezinski hesab edir ki, məxfi xidmət rəsmiləri ABŞ prezidenti Co Baydenin qocalığını nəzərə almalıdır.
Elchi.az Foxnews.com-a istinadən xəbər verir ki, Bjezinskinin sözlərinə görə, onların işi 80 yaşlı siyasətçini ictimai çıxışları zamanı qəfil yıxılmaqdan qorumaqdır.
“Bəli, onun 80 yaşı var, gərək onun yanında olasan ki, o, yıxılmasın”, – deyə Bjezinski qeyd edib.
O, həmçinin əlavə edib ki, Məxfi Xidmət ABŞ prezidentinin yıxılması və büdrəməsini əks etdirən video və fotoların amerikalılara təsirini başa düşmür. Bjezinski vurğulayıb ki, Baydenin siyasətlə məşğul olmaq qabiliyyətinə şübhə etmir və heyət ona işini davam etdirməyə kömək etməlidir.
Xatırladaq ki, ABŞ prezidenti 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra bir neçə dəfə ictimaiyyət qarşısına çıxıb. Elə həmin il Bayden bir təyyarə enişinə qalxarkən bir neçə dəfə yıxılıb və 2022-ci ildə Delaver ştatının “Rehoboth Beach”-də velosiped sürərkən müvazinətini itirib. Sonuncu dəfə ABŞ prezidenti 2023-cü ilin iyulunda Kolorado ştatında ABŞ Hərbi Hava Qüvvələri Akademiyasında keçirilən buraxılış mərasimi zamanı qum yastığının üstündən yıxılıb.
Bütün bu hadisələr tez-tez mediada manşetlərə çevrilir və müxalif Respublikaçılar Partiyasının siyasətçilərinin Baydenin dövlətə rəhbərlik etmək üçün çox qoca olması barədə diskursunu gücləndirir.
Yeganə





