Keniyanın bir sıra şəhərlərində qiymət artımına qarşı keçirilən iğtişaşlar zamanı ölənlərin sayı 9 nəfərə çatıb.
Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” Keniyanın müstəqil Milli İnsan Haqları Komissiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, dörd nəfər Keniyanın paytaxtı Nayrobi yaxınlığındakı Mlolonqo şəhərində, qalanları isə ölkənin digər bölgələrində həlak olub.
Yaralılar arasında təhlükəsizlik qüvvələri də var.
Havar Şəfiyeva






