Ukrayna prezidenti Vladimir Zelenskinin sərt sözlərindən sonra ABŞ nümayəndələri NATO-nun Vilnüs sammitinin yekun bəyanatını dəyişmək istəyiblər. “Washington Post” mənbələrə istinadən yazır ki, siyasətçilər Kiyev kontekstindən “dəvət” sözünü çıxarmağı planlaşdırırdılar. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Məqalədə göstərilirdi ki, ABŞ rəsmiləri Ukraynanın dəvətini ləğv etməyi düşünürlər. Zelenskinin nümayəndə heyətini hiddətləndirən sözlərindən sonra Vilnüs sammitinin yekun bəyanatında mətnin dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Jurnalistlərin qeyd etdiyi kimi, rəsmilər Kiyev bütün lazımi şərtləri yerinə yetirdikdə, hərbi-siyasi blokun üzvlərinin Ukraynaya qoşulmaq üçün dəvət göndərə biləcəkləri ifadəsinə yenidən baxılması və ya ləğv edilməsi məsələsini qaldırıblar. Bununla belə, siyasətçilər konsensusa gələ biliblər. Rəyçilər hesab edirdilər ki, mətndəki dəyişiklik sənədin dərcini gecikdirəcək.
Beləliklə, NATO daxilində Zelenskidən narazılıq artmaqda davam edir, məqalə müəllifləri ümumiləşdiriblər.
Havar Şəfiyeva





