Artıq bir neçə nəfər Almaniyada Rusiya nömrəli avtomobillərin müsadirə olunmasından şikayətlənib. Hadisələrdən biri bir müddətdir ölkədə yaşayan İvan Kovalın başına gəlib. Onun sözlərinə görə, gömrük əməkdaşı sənədlərini yoxlayıb və onların qaydasında olduğunu etiraf edib, lakin avtomobili həbs ediblər və bunu sanksiya kimi izah ediblər. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Alman gömrüyü izah etdiyi kimi, ruslar Almaniyaya şəxsi avtomobillə daxil olduqda, avtomobil həbs oluna bilər. Tədbir 833/2014 saylı Əsasnamənin 3-cü maddəsinə uyğun olaraq Rusiyadan Avropa İttifaqına minik avtomobillərinin idxalına qadağa çərçivəsində fəaliyyət göstərir.
Havar Şəfiyeva





