"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qanunlara dəyişiklik naminə dəyişiklik edilir”

14 İyul 2023 - 12:56
in Cebhe-banner, GÜNDƏM

Qüdrət Həsənquliyev: “Bu qədər ziddiyyəti görməmək başadüşülən deyil”

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunun ikinci səsvermədə müzakirəsi zamanı öz fikirlərini bölüşüb. Xalqcəbhəsi.az xəbər verir ki, millət vəkili çıxşı zamanı bir sıra diqqətçəkən fikirlər səsləndirib: “Bu qanun birinci dəfə qəbul olunanda, birinci dəfə səsverməyə qoyulanda mən, 48-ci maddə ilə bağlı təkliflərlə çıxış etmişdim. Sadəcə bilmək istəyirəm ki, mənim qaldırdığım məsələlərə qanunvericilik təşəbbüsü subyektinin reaksiyası nədən ibarət olub? Söhbət ondan gedir ki, 48-ci maddə “Normativ hüquqi aktın layihəsinin normayaratma orqanına təqdim edilməsi” adlanır. Normayaratma orqanı deyəndə Milli Məclis nəzərdə tutulur. Əslində norma təsdiqedən yazılsaydı bəlkə də daha məntiqli olardı. Burada qeyd olunub hansı sənədlər bizə təqdim olunmalıdır. Məsələn Normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması, o cümlədən maliyyə-iqtisadi əsaslandırılması, Normativ hüquqi akt layihəsinə dair ekspert rəyləri. Ona görə ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 61-ci maddəsində xüsusilə qeyd olunur ki, Normativ hüquqi aktların sui-istifadəyə məruz qalmasına dair ekpertiza keçirilməlidir. Yəni, bu məcburi ekspertizadır. Bundan başqa, Normativ hüquqi aktın qəbul edilməsinin ehtimal olunan nəticələrinin proqnozlaşdırılmasına dair arayışlar verilməlidir. Amma çox təəssüf, bu, Normativ hüquqi akt layihəsinin normayaratma orqanına təqdim edilməsi adlanır. Öncə sadalanır və 48.6-cı maddədə deyilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublkasının Prezidenti tərəfindən təqdim edilən qanun layihəsinə yalnız müşayiət məktubu əlavə olunur və konstitusiya qanununun 48.3 və 48.4-cü maddələrində göstərilən sənədlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında saxlanılır.
Hörmətli həmkarlar, mən sizə müraciət edirəm!
Əvvəla, o sənədlərin bizə də göndərilməsi, bizim də onlarla tanış olmağımız niyə məhdudlaşdırılır? Yuxarıda qeyd olunur ki, bu sənədlər normayaratma orqanına daxil olmalıdır. Onu da nəzərə almalıyıq ki, kiçik istisnalarla bütün qanun layihələri və qanunlara əlavə və düzəlişlər prezident tərəfindən təqdim olunur. Belə çıxır ki, biz, normayaratma fəaliyyəti ilə məşğul olanda bu normada göstərilən o sənədlərin heç biri ilə tanış ola bilmirik. Hətta qanunvericilik təşəbbüsünün subyekti olan, məsələn Respublika Prokurorluğu, prokurorluq haqqında da qanunların da kiçik istisnalarla hamısı prezident tərəfindən gəlir, dəyişikliklər prezident tərəfindən daxil olur. Məhkəmə sistemi ilə bağlı – baxmayaraq ki, Ali Məhkəmə də qanunvericilik təşəbbüsünün subyektidir – Prezident Aministrasiyasından gəlir. Yəni digər qanunvericilik təşəbbüsünün subyektləri faktiki surətdə öz hüquqlarından istifadə etmirlər. Bunun səbəbi başqa mövzudur. Belə olan halda 48-ci maddənin mənası nədən ibarət olur? Ona görə də mən təklif eləmişdim ki, 48.6-cı maddə buradan çıxarılsın. Birdə təzə maddə əlavə olunur-48.2-1.2. Əlavə bir bənd əlavə olunur, layihənin hansı dövlət orqanları ilə razılaşdırıldığı. Bu onsuz da 48-ci maddədə var. 48.2.2-ci madədə qeyd olunur ki, Normativ hüquqi Aktın layihəsinin razılaşdırılması, vizalanması haqqında məlumatı əks etdirən sənədlər. Vizalanma nə deməkdir? Orada onsuz da yazılıb razılaşdırılması. O sənədlərdə də göstərilir kimlər viza qoyub, kimlərlə razılaşdırılıb. Yəni ora əlavə yeni bir normanın daxil edilməsinin mənasını başa düşmürəm. Qanunlara dəyişiklik naminə dəyişiklik edilir. Amma bu qədər ziddiyyəti görməmək və faktiki surətdə 48.6-cı maddə, ümumiyyətlə 48-ci maddənin mahiyyətini heçə endirir. Bunu da görməməyi sadəcə olaraq anlaya bilmirəm. Ona görə də, bizə, ümumilikdə ekspert rəyləri təqdim olunsaydı və bu qanunla bağlı da ekspert rəyi ilə tanış ola bilsəydik, burada hər bir deputat bilərdi ki, bu əslində konstitusiyaya uyğundur, yoxsa yox”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dərmanların baha satılmasının qarşısı alınacaq

Next Post

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
“Özəlləşdirmə ilə bağlı konktret addımlar atılmalıdır” – Qüdrət Həsənquliyev

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Azərbaycanda vəzifəli şəxslər məhkəmə zalında həbs edildi

Bu hakimlər üçün yaş məhdudiyyəti ləğv olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.