ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin NATO-nun şərq cinahını dəstəkləmək üçün ehtiyat Amerika qüvvələrindən istifadə etmək qərarını tənqid edib. Elchi.az xəbər verir ki, o, bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb.
Amerikanın eks-prezidenti əlavə edib ki, Ukraynadakı münaqişənin ehtiyatsız şəkildə gərginləşməsi ABŞ ordusunu fəlakət həddinə çatdırır. Onun fikrincə, Avropaya qoşun yeritmək qərarı ABŞ sərhədlərini təhdid edir.
Bundan əvvəl Bayden hərbi münaqişə zamanı Ukraynanın NATO-ya üzvlüyünün nəticələrini proqnozlaşdırıb. Onun fikrincə, müttəfiq ölkəyə hücum üçüncü dünya müharibəsində iştiraka gətirib çıxaracaq.
Tramp bundan əvvəl prezident seçkilərində seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandıracağına söz verib. Bunu tam olaraq necə etmək niyyətində olduğundan danışan Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski ilə görüşəcəyini bildirib.
Havar Şəfiyeva





