"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyevin Mişellə 3 saatlıq görüşü, Nikolun oyunu…

15 İyul 2023 - 09:03
in SİYASƏT

Əliyev və Paşinyanın gündəliyi bəlli olan Brüssel görüşündən gözləntilər böyük olmasa da, İrəvanın qarşısında yeni tələblərin qoyula biləcəyi də istisna deyil. Bu, sülh sazişi üzrə niyyət protokolunun, yaxud bəyannamənin imzalanması ola bilər.
Kiçik ehtimaldır, lakin müəyyən məqamlar diqqəti bu gözləntiyə çəkir:
– Prezident İlham Əliyev görüşdən öncə bəyan etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanıyıb, lakin bu, kağız üzərinə də keçməlidir;
– İndiyə qədər tərəflərin imzaladığı yeganə sənəd Rusiyanın vasitəçiliyi ilə baş tutub, hərçənd, son illər Qərb vasitəçilikdə daha aktualdır, xüsusilə Brüssel formatı artıq ənənəyə çevrilib: Avropa Birliyi artıq prosesin rəsmi formada sənədləşməsini istəyə bilər, bu həm konkret nəticələrin əldə edilməsi, həm də Rusiyaya qarşı alternativ platformanın gücləndirilməsi baxımından lazımlıdır.
Əliyevin üçtərəfli danışıqlardan öncə Brüsselə səfəri və Şarl Mişellə 3 saat davam edən görüşü də bu kontekstdə diqqət çəkir. Üçtərəfli danışıqların yeni mərhələyə daşınması üzərində müzakirələr aparıldığı ehtimalı istisna deyil.
Ermənistanın razılaşmayacağı aydındır, Xankəndidə separatçıların təşkil etdiyi mitinq də buna hesablanıb. Paşinyan “Bakı-Xankəndi formatı”, “beynəlxalq mexanizm” kimi məsələlər üzərində dayanacaq, Laçın postunun açılmasında israr edəcək. Xankəndidəki aksiya ona “ermənilər reinteqrasiya etmək istəmir”, “Laçın postunun açılması tələbi var” demək imkanı yaradır. Bu baxımdan, aksiyanın Ermənistan hakimiyyətinin sifarişi olduğunu deyə bilərik və gün ərzində bu fikri gücləndirən məqamlar da ortaya çıxdı.
1. Separatçıların mitinqində sülhməramlılar, BQXK ittiham edilsə də, Qarabağı Azərbaycan ərazisi kimi tanıyan Nikol Paşinyanın əleyhinə heç nə deyilmədi;
2. Mitinqdə əsas fikirlər Laçın postunun açılması, yüklərin keçidinə icazənin verilməsi oldu;
3. Eyni tələblə BQXK-nın İrəvandakı ofisinin önündə də aksiya təşkil edildi və iştirakçılar müxalifət yox, “ictimai fəallar” idi.
Aydın görünür ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, bunun kağız üzərində rəsmiləşməsinə qarşıdır. Bu situasiya regiona hərbi gərginlik vəd edir.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tramp: “Baydenin bu addımı 3-cü dünya müharibəsinə gətirib çıxaracaq”

Next Post

Tarixi müqavimətdən 7 il keçir…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Tarixi müqavimətdən 7 il keçir…

Tarixi müqavimətdən 7 il keçir...

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.