ABŞ-ın Nyu-York şəhərində bir memar 2010-cu ildən bəri ən azı 10 nəfərin ölümü ilə nəticələnən silsilə qətllərdə şübhəli şəxs qismində ştatın “Long Island” bölgəsində saxlanılıb.
Elchi.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərdə, 2010-cu ildən bəri ən az 10 qurbanın qalıqlarının tapıldığı “Gilgo Beach cinayətləri” olaraq bilinən cinayətlərə görə şübhəlinin bu gün hakim qarşısına çıxarılmasının gözlənildiyi qeyd edilib.
Mənbələr bildiriblər ki, həbsdə olan şəxsin “Reks Heuermann” olduğu müəyyən edilib.
“Heuermann”ın “Long Island”-da doğulub böyüdüyü bildirilir və 1994-cü ildən Nyu-Yorkda yerləşən memarlıq və konsaltinq firması RH Consultants & Associates-in sahibi, qeydiyyatdan keçmiş memardır.
Nuranə Məmmədova




