İran polisi hicab geyinmə normalarına riayət olunmasına nəzarət edəcək avtomobil və piyada patrulları təşkil etməyə başlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yazıb.
Yerli hüquq-mühafizə orqanlarının nümayəndəsinin fikrincə, bu cür tədbirlər ictimai birliyə və cəmiyyətin təhlükəsizliyinə töhfə verməlidir. Polis məmurlarından tələb olunur ki, hicab taxmaqdan imtina edən qadınlara növbədə töhmət versinlər.
İran İslam Respublikasının cinayət məcəlləsinə əsasən, hicab taxmaq normalarına əməl etməyən qadınlar pul cərimələri ilə yanaşı, 10 gündən iki aya qədər həbs cəzası ilə də üzləşirlər. Onlara qarşı əlavə inzibati tədbirlər də tətbiq oluna bilər, o cümlədən dövlət qulluğundan xaric edilmə, sürgün, ölkədən çıxışa və müxalifət təşkilatları ilə əlaqəyə qadağa qoyulması, əmlakı müsadirə oluna bilər. Qeyd edək ki, başqalarını hicab taxmaqdan imtina etməyə inandıran və təşviq edənlərə daha ağır cəza tətbiq edilir. Onlar bir ildən 10 ilədək həbs cəzası ala bilərlər.
Havar Şəfiyeva




