Rumıniyanın Orben qəsəbəsində sərnişin qatarı ilə minik avtomobilinin toqquşması nəticəsində ikisi yeniyetmə olmaqla 4 nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.
Suçava – Buxarest marşrutu üzrə hərəkət edən sərnişin qatarı avtomatik siqnalizasiya ilə təchiz olunmuş keçiddə minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtomobildəkilərin hamısı ölüb.
Qeyd olunur ki, ərazinin dəmiryolunda hərəkət dayandırılıb, polis qəzanın səbəblərini araşdırır.
Havar Şəfiyeva





