Krım körpüsünün “fövqəladə vəziyyət”lə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı açıqlanıb.
Elchi.az xəbər verir ki, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın qubernatoru Sergey Aksenov verdiyi yazılı açıqlamada körpüdə fövqəladə vəziyyətin olduğunu, təfərrüatları açıqlanmadığını bildirib.
Sözügedən fövqəladə vəziyyət səbəbindən körpünün nəqliyyat vasitələrinin hərəkətinə bağlandığını bildirən Aksenov, “Təhlükəsizlik və əlaqədar birliklər bunun üzərində işləyir” ifadəsini işlətdi.
Rusiya sosial mediasında yayılan bəzi görüntülərdə körpüdən tüstünün qalxdığı görünür.
Bəzi KİV-lərdə Ukrayna ordusunun gecə saatlarında körpüyə raket hücumu təşkil etdiyi bildirilir.
2022-ci ilin noyabrında körpüdə baş verən partlayış nəticəsində 3 nəfər həlak olub.
Şayəstə Hüseynova





