Ukrayna NATO-ya daxil olarsa, Vaşinqton Moskva ilə hərbi münaqişəyə hazır deyil. Elchi.az “Politico”ya istinadən xəbər verir ki, hazırlıq dərəcəsini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qiymətləndirib.
“Müharibə davam edərkən Ukrayna NATO-ya üzv olarsa, bu, NATO-nun Rusiya ilə müharibə vəziyyətində olması, ABŞ-ın Rusiya ilə müharibə edəcəyi anlamına gələcək. Və nə NATO, nə də ABŞ buna hazır deyil”, – Ağ Evin sözçüsü bildirib.
Eyni zamanda o əlavə edib ki, Kiyev də alyansa daxil olan hər bir ölkə kimi müəyyən demokratik islahatlar aparmalıdır.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukraynanın hansı şərtlər altında bloka üzv ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bunun üçün Ukrayna münaqişəsinə son qoymaq lazımdır.
Havar Şəfiyeva




