Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 78,78 dollara satılır.
Elchi.az xəbər verir ki, cümə günü 81,70 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 79,87 dollarla tamamlayıb. Brent markalı neftin bir barel qiyməti bu gün saat 09:50-ə bağlanış tarixi ilə müqayisədə 1,36 faiz azalaraq 78,78 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 74,55 dollardan alıcı tapdı.
Dünyanın ən böyük neft idxalçısı olan Çindən gələn məlumatlar qiymətlərin azalmasında mühüm rol oynayıb. Milli Statistika Bürosunun məlumatına görə, ölkənin ümumi daxili məhsulu birinci rüblə müqayisədə ikinci rübdə cəmi 0,8 faiz artıb. Çinin ikinci rübdə iqtisadi artımı bazarın gözləntilərindən geri qalıb. Ölkədəki zəif iqtisadi dirçəliş neftə tələbatın da azalacağı ilə bağlı fikirləri dəstəkləyir.
Şayəstə Hüseynova





