ABŞ-ın keçmiş prezidenti Donald Tramp Co Baydendən fərqli olaraq Ukrayna lideri Vladimir Zelenski və Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu bildirib. Elchi.az “Fox News”ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri, siyasətçinin fikrincə, o dünya liderləri ilə iş görmək iqtidarında deyil.
“Elə liderlər var ki, öz mövqelərində üstündürlər. Mən insanların tam siyahısını tərtib edə bilərəm, o cümlədən Rusiya prezidenti Vladimir Putin. Və bizdə nə baş verdiyini anlamayan insan var, bu, ölkə tarixində ən təhlükəli dövrdür”, – Tramp müsahibəsində deyib.
Siyasətçi bir daha vurğulayıb ki, o, ABŞ prezidenti olsaydı, Ukrayna ilə bağlı vəziyyət heç vaxt indiki vəziyyətə çatmazdı.
Qeyd edək ki, bundan əvvəl Tramp prezident seçkilərində seçiləcəyi təqdirdə Ukrayna münaqişəsinə 24 saat ərzində son qoyacağına söz verib. ABŞ-ın 45-ci prezidenti də Vladimir Putinin danışıqlar masasına oturması üçün arqumentlər tapacağını bildirib. Siyasətçinin sözlərinə görə, o, söz verəcəkdi ki, Moskva xüsusi hərbi əməliyyatı başa çatdırmağa hazır olmasa, o zaman Vaşinqton Kiyevə daha çox yardım göstərəcək.
Havar Şəfiyeva




