James Webb Kosmik Teleskopu tərəfindən çəkilmiş fotoşəkilləri araşdıran elm adamları “qaranlıq ulduzlar” hesab edilən üç fövqəlkütləvi parlaq göy cismi aşkar ediblər.
Elchi.az Forbes-ə istinadən xəbər verir ki, Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunan araşdırmada Webb Teleskopu ilə çəkilən üç ulduzun “qaranlıq ulduzlar” ola biləcəyi, ilk ulduzların meydana gəldiyi ifadə edilib.
Bu vaxta qədər nəzəri olan “qaranlıq ulduzlar”ın Günəşdən 10 milyard dəfə daha parlaq olduğu və kainatda bu gün görünən tip ulduzlar meydana gəlmədən əvvəl mövcud olduğu düşünüldüyü ifadə edildi.
“JADES-GS-z13-0”, “JADES-GS-z12-0” və “JADES-GS-z11-0” adlı üç “qaranlıq ulduz” namizədi üzərində aparılan araşdırmalar qaranlıq maddənin təbiətini aşkar etməyə kömək edir. Uebbin kəşfi.Böyük partlayışdan dərhal sonra mövcud ola bilməyəcək qədər böyük qalaktikaların sirrini açmağa kömək edə biləcəyi qeyd edildi.
Şayəstə Hüseynova





