Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bazar ertəsi gecə Kiyev rejiminin Krım körpüsünə hücumunu şərh edib. Siyasətçinin sözlərinə görə, terrorçular ancaq güc dilini başa düşürlər.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, Medvedev bu barədə Teleqramda yazıb.
“Yalnız şəxsi və tamamilə qeyri-insani üsullardan istifadə edilməlidir. Sanksiyalar, hədə-qorxu və ya öyüd-nəsihət, dünya təcrübəsinin göstərdiyi kimi, terrorla mübarizədə heç də effektiv deyil.
Əsas odur ki, bu həşəratlar hansı çatlarda gizlədirlərsə, orada terrorçu birləşmələrin ali rəhbərliyini məhv etməkdir. Bu, çətindir, lakin mümkündür”, – deyə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Siyasətçi terrorçuların tutulması və mühakimə olunmasını ağılsız ideya adlandırıb.
Xatırladaq ki, Ukrayna iki yerüstü pilotsuz uçan aparatın köməyi ilə Krım körpüsünə hücum edib. Körpünün yol hissəsi zədələnib. Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işi çərçivəsində terror aktında iştirak edənləri müəyyənləşdirir.
Yeganə




