Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun Kiyev cinayətlərində əli olduğunu bəyan edib və buna sübut kimi ABŞ-ın Ukrayna radikallarını müdafiə etməsini qeyd edib. Elchi.az bu barədə Lent.ru ya istinadən xəbər verir.
“Amerikanın dəstəyinə aldanan ukraynalı terrorçular yeni vəhşiliklər törədə bilərlər”, – deyən baş diplomat, Ukraynanın layiq olduğunu alacağını vurğulayıb.
Səfir həmçinin Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Krım körpüsündə törədilmiş terror aktı ilə bağlı bəyanatını yüksək qiymətləndirib və bildirib ki, ABŞ Kiyevin Rusiya obyektləri və vətəndaşlarına münasibətdə bu cür hərəkətlərinə ilk dəfə bəraət qazandırmır. Diplomat 2022-ci ilin payızında ABŞ-ın da eyni şəkildə hücumdan uzaqlaşdığına diqqət çəkib.
Havar Şəfiyeva





