İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
Elchi.az Tesnim Xəbər Agentliyininə istinadən xəbər verir ki,, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib.
Şefik, “300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı.” dedi.
Məşhəd şəhərində havanın çirklənməsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblər bağlanıb.
Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Meneceri Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsindədir.
İran rəsmisi xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.
Məşhəd hava çirkliliyi ilə bağlı təcili işçi qrupu da şəhərdə dövlət qurumlarının və məktəblərin bağlandığını açıqlayıb.
Hava keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilmişdir:
0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).
Şayəstə Hüseynova





