Daha əvvəl Putin təhlükəsizliyin yaxşılaşdırılması üçün təkliflər gözlədiyini bildirmişdi.
Elchi.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Krım körpüsünə pilotsuz uçan aparatlarla hücuma cavab verməsi, eləcə də onun təhlükəsizliyinin yaxşılaşdırılması tədbirləri ilə bağlı təkliflər hələ də işlənir. Bu açıqlama ilə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
Xatırladaq ki, bazar ertəsi, iyulun 17-nə keçən gecə Kiyev pilotsuz təyyarələrin köməyi ilə Krım körpüsündə terror aktı həyata keçirib və nəticədə yolun hərəkət hissəsini qismən dağıdıb. Həmin gün dövlət başçısı regiondakı vəziyyətlə bağlı müşavirə keçirib, təhlükəsizliyin yaxşılaşdırılması ilə bağlı təkliflər gözlədiyini deyib.
Şayəstə Hüseynova





