Avstraliya Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv edən Rusiyanı qərarından dönməyə çağırıb.
Elchi.az xəbər verir ki, Xarici işlər naziri Penny Wong Twitter hesabında Rusiyanın müqavilədən çıxmaq qərarının ən həssas insanlara zərər verəcəyini bildirib.
Taxıl müqaviləsinin Hind-Sakit Okean və Afrikada qida tədarükünü qarşılamaq üçün xüsusilə kritik olduğunu vurğulayan Wong, “Rusiyanı danışıqlar masasına qayıtmağa çağırırıq” ifadəsini işlətdi.
Şayəstə Hüseynova





