Fransada rəfiqəsi ilə qəhvə içən qadına meteorit düşüb. Adı açıqlanmayan qadın evin damından sıçrayan kiçik meteoritin hədəfi olub.
Elchi.az xəbər verir ki, Fransanın “Les Dernieres Nouvelles d’Alsace” (DNT) qəzetinin yazdığına görə, qadın terrasda rəfiqəsi ilə söhbət edərkən onun qabırğasına sirli daş dəyib.
Mətbuata açıqlama verən qadın, “Yanımızdakı damdan yüksək səs gəldiyini eşitdim. Sonrakı saniyədə qabırğalarımda bir sarsıntı hiss etdim. Bunun heyvan olduğunu, yarasa olduğunu düşündüm. Biz də elə bildik” dedi.
Geoloq Thierry Rebmann qadına dəyən sirli obyekti araşdıraraq, cismin dəmir və silikon qarışığından ibarət olduğunu müəyyən edib.
Bu, obyektin həqiqətən də meteorit olması ehtimalını gücləndirir.
Şayəstə Hüseynova






