Böyük iyirmiliyin bir sıra üzvləri taxıl müqaviləsinin dayandırılmasını pisləyiblər. Elchi.az xəbər verir ki, bu barədə Hindistanın maliyyə naziri Nirmala Sitharaman bildirib.
Sitharaman Hindistanın Qandinaqar şəhərində iki günlük görüşə toplaşan G20 ölkələrinin maliyyə liderlərinin Ukraynadakı münaqişə ilə bağlı ortaq dil tapa bilmədiklərini də bildirib.
G20 iqtisadi və maliyyə liderlərinin danışıqları çərşənbə axşamı birgə bəyanat olmadan başa çatıb və Hindistan görüşün xülasəsini təqdim edib.
Qeyd edək ki, iyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov taxıl sövdələşməsinə dair razılaşmaların dayandırıldığını elan edib. O, qeyd edib ki, Qara dəniz təşəbbüsünün Rusiyaya aid hissəsi hələ də həyata keçirilməyib.
Havar Şəfiyeva





