Avropa İttifaqı gələcəkdə Ukrayna hərbçilərinə öz ərazisində deyil, Ukrayna ərazisində təlim keçməyi planlaşdırır. Elchi.az xəbər verir ki, bu barədə Deutsche “Welle” Aİ-nin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Aİ də respublikada silahlı münaqişənin başlanmasından sonra dayandırılmış missiyasının bərpası üzərində işləyir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq dördüncü nəsil Amerika F-16 qırıcıları üçün Şimali Atlantika Alyansı tərəfindən ukraynalı pilotların təlimi şərtlərini açıqlayıb.
O bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin pilotlarının bu təyyarələri idarə etmək üçün təlimi onların Kiyevə köçürülməsinə şərait yaradacaq. Məhz bunun əsasında F-16-ların tədarükü ilə bağlı qərarların veriləcəyini vurğulayıb.
Havar Şəfiyeva





