Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanındakı təmaslarını başa vurduqdan sonra Körfəz səfərinin ikinci dayanacağı Qətərə gedib.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanı Həmad Beynəlxalq Hava Limanında Qətər baş nazirinin müavini və müdafiə naziri Halid bin Muhammed Al Atiyye, Türkiyənin Dohadakı səfiri Mehmet Mustafa Göksu və digər maraqlı şəxslər qarşılayıblar.
Prezident Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Hamed Əl Sani təkbətək görüşdən sonra heyətlər arasında keçiriləcək görüşə rəhbərlik edəcək.
Ərdoğan Al Sani tərəfindən onun şərəfinə veriləcək rəsmi şam yeməyinə qatılacaq.
Nuranə Məmmədova





