İspaniya gələn həftə Ukraynaya dörd Leopard 2A4 döyüş tankı göndərəcək. Elchi.az xəbər verir ki, bunu Krallığın Müdafiə Nazirliyinin rəhbəri Marqarita Robles açıqlayıb.
Digər şeylərlə yanaşı, Kiyev on zirehli transportyor və bir neçə zirehli avtomobil, yük maşınları və təcili yardım maşınları alacaq. Robles həmçinin yay aylarında yeni yüngül silah və ağır çaplı sursat göndəriləcəyini açıqlayıb.
Havar Şəfiyeva




