Somalidə “Əş-Şəbab” terror təşkilatına qarşı keçirilən əməliyyatda təşkilatın ən azı 30 üzvü öldürülüb.
Elchi.az xəbər verir ki, Somali Milli Xəbər Agentliyinin (SONNA) məlumatına görə, Mərkəzi Şabel bölgəsində Əl-Şəbab üzvlərinə qarşı əməliyyat keçirilib.
Əməliyyatda 30-dan çox Əl-Şəbab üzvü zərərsizləşdirilib.
Digər tərəfdən, təşkilata aid çoxlu silah və hərbi texnika ələ keçirilib.
Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı Əl-Şəbabla hərtərəfli mübarizə aparılacağını açıqlayıb.
Şayəstə Hüseynova





