Şərqi Avropanın bir sıra ölkələri – Polşa, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya Ukrayna taxılının idxalına qoyulan qadağanın 2023-cü ilin sonuna qədər uzadılmasının tərəfdarı olub. Elchi.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.
İdxal qadağası ilə bağlı imzalanmış bəyannamədə Ukraynanın kənd təsərrüfatı məhsullarının tranzitinə icazənin qorunduğu qeyd edilir.
“Görüşümüzdə, ilk növbədə, dörd növ taxılın idxalına qoyulan qadağanın uzadılması ilə bağlı beş ölkənin ümumi mövqeyini imzaladıq. Avropa Komissiyasının bu dörd taxılla bağlı qoyduğu məhdudiyyətlər gözlənilməz müsbət təsir göstərib. Bizim ümumi mövqeyimiz bu qadağanı ən azı ilin sonuna qədər davam etdirməkdir”, – deyə Telus yekunlaşdırıb.
Polşanın baş naziri Mateuş Moravetski təşəbbüsü dəstəkləyib və Avropa Komissiyasının müvafiq qadağanı uzatmayacağı təqdirdə Polşanın Ukraynadan taxıl idxalını müstəqil şəkildə qadağan edəcəyini bildirib.
Qeyd edək ki, iyunun əvvəlində bildirilib ki, bir sıra Aİ ölkələrinə Ukrayna taxılının idxalına qoyulan məhdudiyyətləri sentyabrın 15-dək uzadıb. Müvafiq tədbirlər Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya şamil edilir.
Havar Şəfiyeva





