Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edir.
Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək.
İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.
Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.
Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ – beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.
İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...





