Prezident Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə təkbətək görüş keçirib. Prezident Ərdoğana Dövlət Ordenini Əl Nahyan təqdim edib.
Elchi.az “İHA”-ya istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələri turunun son dayanacağı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təmaslarına başlayıb. Rəsmi qarşılanma mərasimindən sonra prezident Ərdoğan BƏƏ-nin Əl-Vətən prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə təkbətək görüşüb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan dövlət ordenini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib.
Prezident Ərdoğan və Əl Nahyan daha sonra 30 Noyabr-12 Dekabr 2023-cü il tarixləri arasında Dubayda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Zirvəsi (COP28) üçün hazırlanmış qolbaqlarla pozalar verib.
Nuranə Məmmədova





