2023-cü il iyulun 20-dən Ukrayna limanlarına üz tutan bütün gəmilər hərbi obyektlər – hərbi yükdaşıyanlar hesab ediləcək.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib , mesaj idarənin rəsmi Telegram kanalında dərc olunub.
Müdafiə Nazirliyi bu gəmilərin Qara dənizdə bayrağı altında üzəcəyi ölkələrin avtomatik olaraq münaqişə tərəfinə çevriləcəyinə aydınlıq gətirib.
Müdafiə Nazirliyində bu qərar taxıl müqaviləsinin dayandırılması və dəniz humanitar dəhlizinin məhdudlaşdırılması ilə izah edilib.
Nuranə Məmmədova






