"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Qarabağ” Avropada, azarkeşlərsə “qara bazar”da mübarizə aparır – (Foto)

28 İyul 2014 - 13:35
in İDMAN

“Qarabağ”ın oyununda yenə bilet alveri başlayıb.58335_res_01

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Virtualaz.org saytı xəbər verir ki, həmişə olduğu kimi “Qarabağ”ın Avropa kuboklarındakı oyunları zamanı bilet satışlarında özbaşınalıq davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunun kassalarındakı biletlər oyuna bir neçə gün qalmış qurtarıb. Yəni belə elan verilib. Bu isə təbii olaraq inandırıcı deyil.

“Qarabağ”ın və ümumiyyətlə, Azərbaycan kulublarının və millisinin oyunlarını stadiondan izləyən hər bir kəsə bəllidir ki, stadionların qarşısında şıdırğı alver gedir, “qara bazar” satıcıları yüzlərlə, minlərlə bilet satır. Əgər bu biletlər oyuna bir neçə saat qalmış stadion qarşısında satılırsa, bəs kassalarda olan biletləri kim və necə alır?

Hər dəfə yaşanan bu problemin səbəbləri yenə də eynidir. Belə ki, bilet alveri 3 tərəf arasında həyata keçirilir. Bunlar kassada oturan satıcı, bəzi polis əməkdaşları və bileti ikinci əldən satan şəxslərdir.

Satış bu şəkildə həyata keçirilir. “Qara bazar”ın satıcıları əvvəlcədən razılaşma əsasında biletləri kassadan alır və kassada oturana “hörmət” edir. Daha sonra isə polisə “hörmət” edir ki, ondan başqa heç kimə bilet satışına icazə verməsin. Beləliklə də bu üçlüyün əvvəlcədən planlanan işbirliyi kassalarda biletlərin 3-4 gün əvvəldən satılıbmış kimi göstərilməsinə səbəb olur.

Kassalardan alınan 1 və 2 manatlıq biletlər oyundan bir neçə saat əvvəl 3-5 manata satılır.

Oxucularımıza təqdim etdiyimiz bu fotodan da görünür ki, polislə bilet alverçisi razılığa gəlmək üçün danışıqlar aparır. Göy köynəkli şəxs alverçidir. O, kassadan aldığı biletləri stadionun qarşısında baha qiymətə satmaq üçün polislərdən “razılıq” alır.

İyulun 30-da “Qarabağ” Avstriyanın “Zalsburq” klubu ilə tarixi oyuna çıxacaq. Hər bir azərbaycanlı bu oyunu həyəcanla gözləyir. Biletlərin qiyməti də çox yaxşıdır. 1-2 manata olan biletləri imkanından asılı olmayaraq hər azarkeş ala bilər. Lakin buna imkan vermirlər.

“Qarabağ” klubunun rəhbərliyi bu işdə məsuliyyət daşımır. Polis isə ikiqat məsuliyyət daşıyır. Həm təhlükəsizliyi təmin etmək, həm də “qara bazar”da bilet satışının qarşısını almaq onun birbaşa vəzifəsidir. Lakin ikinci məsələdə də polislərin adı varsa, deməyə söz qalmır…

Yada salaq ki, bu il yanvarın 1-dən Azərbaycanda küçə ticarətinə qadağa qoyulub. Lakin metro qarşısında polislərə 1-2 manat verib gün ərzində limon, göyərti satanlar varsa, futbol həyəcanı qabağı da belə halların yaşanması normaldır…

Bütün bunlara baxmayaraq “Qarabağ”ı bu möhtəşəm oyunda dəstəkləməyə gələnlər olacaq. Ötən illərdə olduğu kimi bizə Avropa oyunlarında qələbə sevinci yaşadan “Qarabağ” minlərlə azarkeş qarşısında iyulun 30-da saat 20:30-da “Zalsburq”u qəbul edəcək.

İlkin Muradov

Virtualaz.org 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan filmi erməni münsifin olduğu festivalda

Next Post

Ərdoğandan Hakan Şükürə xəbərdarlıq

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post

Ərdoğandan Hakan Şükürə xəbərdarlıq

Baş nazirin müavininin arvadını oğurladılar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.