ABŞ-ın keçmiş lideri Donald Tramp ona qarşı irəli sürülən ittihamlar fonunda vəkillərinə ABŞ məhkəmə sisteminin görünməmiş təzyiqindən şikayətlənib. Elchi.az xəbər verir ki, bu barədə eks-prezident “Truth Social” platformasındakı səhifəsində məlumat verib.
“Bu qəddar kommunistlər, marksistlər, faşistlər və radikal sol demokratlar mənim vəkillərimə əvvəllər heç vaxt görünməmiş səviyyədə hücum etdilər və mən hələ də qalib gəlməkdə davam edirəm”- deyə Tramp yazıb.
Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi Kapitoliyə hücumla bağlı Trampı üç maddə üzrə ittiham edib. Departament həmçinin qeyd edib ki, təqsirli hökmün bəndlərindən biri ABŞ-ı aldatmaq və şahidlərə təsir etmək üçün sui-qəsdlə bağlı maddələri ehtiva edir.
Havar Şəfiyeva






