ABŞ prezident administrasiyası Ukraynaya 1,3 milyard dollarlıq yeni yardım paketini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında dərc edilmiş bəyanatda deyilir.
Qeyd olunur ki, Vaşinqton növbəti çərçivədə Ukraynaya dörd “NASAMS” zenit-raket kompleksi, “Phoenix Ghost” və “Switchblade” döyüş pilotsuz uçan aparatları və artilleriya mərmiləri tədarük edəcək.
Bundan əlavə, yeni yardım paketinə 150 yanacaq daşıyan yük maşını, 115 zirehli traktor, minatəmizləmə avadanlığı, elektron müharibə avadanlığı və taktiki təhlükəsiz rabitə sistemlərinin çatdırılması da daxildir.
Havar Şəfiyeva




