İraqın paytaxtı Bağdadda şiə Sədr Hərəkatına bağlı qruplar İsveç səfirliyinin binasının bəzi hissələrini yandırıblar.
Elchi.az bu barədə “Haber Global”a istinadən xəbər verir.
Sədr Hərəkatının tərəfdarları İsveç səfirliyinin yanına gələrək Qurana qarşı hərəkətlərə etiraz ediblər. Etirazçılar İsveç səfirliyinin binasının bəzi hissələrini yandırıblar. Binadan qara tüstü qalxıb.
İraqlı etirazçılar səfirliyin ətrafında qurulan beton maneələri sındırıblar.
Sadristlər bundan əvvəl də İsveç səfirliyinin binasına basqın edərək aksiya təşkil etmişdilər.
Nuranə Məmmədova




