Qərb və ABŞ-ın Kiyevə hərbi yardımı yalnız Ukrayna prezidenti Vladimir Zelenskinin “rejimin əzabını” uzadır.
Elchi.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.
Belə ki, o, ABŞ-dan Ukraynaya yeni yardım paketini şərh edib. O, belə bir addımın yalnız dinc əhali də daxil olmaqla yeni itkilərə səbəb olacağına əminliyini ifadə edib.
Diplomat onu da qeyd edib ki, Vaşinqtonun sadəcə olaraq Rusiyanı döyüş meydanında məğlub etmək istəyinin baş tutmadığını etiraf etməyə cəsarəti çatmır.
Antonov həmçinin hesab edir ki, Ukraynadakı rus əsgərləri “yerli strateqləri ayıqlaşdıracaq” möhkəmlik nümayiş etdiriblər. O, Qərb istehsalı olan texnikanın toxunulmazlığını “böyük miflər” adlandırıb və bildirib ki, yeni hərbi yardım paketi onsuz da Ukrayna Silahlı Qüvvələrinə kömək etməyəcək.
Nuranə Məmmədova




