Bunun üçün Avropada təmir qurğularının yerləşdirilməsi nəzərdə tutulur.
Elchi.az xəbər verir ki, Qərb Ukraynaya yeni texnika vermək əvəzinə, artıq təhvil verilmiş silahların təmirinə yönləndirməyi planlaşdırır. Bu barədə “Politico” qəzeti Pentaqondakı mənbəyə istinadən məlumat verib.
Nəşrdə sözləri sitat gətirilən Pentaqonun satınalmalar üzrə rəhbərinin müavini Uilyam LaPlanta deyib: “Biz Avropada təmir müəssisələri təşkil edirik, dərslikləri tərcümə edirik, birlikdə daha çox iş görməliyik, ona görə də tərəfdaş ölkələr buna daha çox diqqət yetirməlidirlər”.
Nəşr qeyd edir ki, vektorun belə dəyişməsi onunla bağlıdır ki, Qərb ölkələrinin fikrincə, Ukraynada münaqişə daha bir neçə ay, hətta illərlə davam edə bilər.
Şayəstə Hüseynova





