Onun fikrincə, Ukraynanın qonşuları taxıl daşınmasına öz töhfəsini verməlidir.
Elchi.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell cümə axşamı, iyulun 20-də bildirib ki, taxıl müqaviləsinin ləğvi ilə əlaqədar Avropa İttifaqı öz ölkələri vasitəsilə Ukraynadan taxıl ixracını daha fəal şəkildə həyata keçirməlidir.
O xatırladıb ki, dəniz yolları ilə yanaşı, külli miqdarda taxıl ixracına imkan verən “həmrəylik marşrutları” da var.
“Dəniz yolu bağlandığı üçün biz limanlarımız vasitəsilə Ukrayna taxılının ixracı imkanlarını artırmalı olacağıq. Bu o deməkdir ki, Ukraynanın qonşuları çox səy göstərməlidirlər”, – RİA Novosti Borrelldən sitat gətirir.
Şayəstə Hüseynova





