"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“BNP Paribas”dan bədbin proqnoz: “Azərbaycan investisiya reytinqini itirə bilər”

26 Yanvar 2015 - 17:12
in SOSİAL

028Fransanın “BNP Paribas” bankının və “Capital Economics”in analitikləri Azərbaycan da daxil olmaqla bəzi inkişaf etməkdə olan ölkələrə dair bədbin proqnozla çıxış ediblər.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir ki, analitiklərin proqnozlarına görə, 2015-ci ildə Qazaxıstan, Azərbaycan, Rusiya, Bolqarıstan, Cənubi Afrika Respublikası və Türkiyə suveren investisiya reytinqlərini itirə bilərlər.

“Bu yaxınlara qədər inkişaf etməkdə olan bazarlarda üfüqlər aydın idi, yeni “ulduzların” investor portofilosunda potensiala malik idi. İndi isə siyasi çaxnaşmalar və bazarların məhdudlaşdırılması fonunda səma potensial olaraq düşmə riski yaşayan mələklərlə doludur”– deyə “BNP Paribas” bankının inkişaf etməkdə olan ölkələr üzrə araşdırma bölməsinin rəhbəri Devid Spegel vəziyyəti obrazlı şəkildə şərh edib.

Analitik “Röyter”ə müsahibəsində bu proqnozunu geosiyasi vəziyyət, neftin və digər xammalın qiymətlərinin aşağı olması, dolların mövqeyinin durmadan möhkəmlənməsi ilə əsaslandırıb. Onun fikrincə, bu amillər sözügedən ölkələrdən pul axınına səbəb ola bilər.

“Capital Economics”dən Uilyam Cekson isə hesab edir ki, artım dövründə aktivlərin qiyməti əhəmiyyətli şəkildə arta bilər, ancaq hətta cəmi bir xarici şok nəticəsində bu bazarlardan kapitalın qaçması riski var.

“BNP Paribas” analitiklərinin qənaətinə görə, əgər neftin qiymətləri 50-60 dollar arasında qalarsa, Rusiyanın investisiya reytinqi bu il Ba1/BB+, gələn il isə Ba2/BB səviyyəsinə qədər azaldıla bilər.

Qeyd edək ki, 2014-cü ildə nüfuzlu beynəlxalq reytinq agentliklərindən “Standard&Poor`s” Azərbaycanın suveren reytinqini yenidən “BBB-/A-3” səviyyəsində təsdiqləyib. Ən aşağı dərəcəli investisiya kateqoriyasına aid olan uzunmüddətli və qısamüddətli kredit reytinqləri üzrə proqnoz “sabit” kimi göstərilib.

“Standard&Poor`s”un hesabatında qeyd olunub ki, suveren reytinqin təsdiqlənməsi xarici kreditor kimi hökumətin mövqeyinin möhkəmləndiyini əks etdirir. Ekspertlərin fikrincə, bu amil maliyyə çətinliyi yaranacağı təqdirdə Azərbaycana “təhlükəsizlik yastığı” effektini təmin edə bilər. Hesabatda xüsusilə vurğulanır ki, ölkəmizdə ÜDM artımı 2009-cu ildən ilk dəfə olaraq illik 5,8 faizə çatdırılıb. “Standard&Poor`s”un təhlilçiləri Azərbaycanda ortamüddətli gələcəkdə ÜDM artım göstəricisini 4 faizdən aşağı görmürlər.

Agentlik neft hasilatı həcminin hazırkı səviyyəsinin 2017-ci ilədək sabit qalmasını və 2018-ci ildə “Şahdəniz-2” qaz-kondensat yatağında hasilatın başlanmasını gözləyir. Bu sahədə ölkənin tədiyyə balansında cari əməliyyat hesablarının profisiti təmin ediləcək. Reytinq agentliyi həmin proqnozlarında neftin orta qiymətini hər barrelə görə 97 dollar səviyyəsində nəzərə almışdı.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sərkisyan Azərbaycanı müharibə ilə hədələdi: “Sürprizlər gözləyin…”

Next Post

Faciəmiz türk mediasında

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post

Faciəmiz türk mediasında

Türkiyədən bizə başsağlığı

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.