Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Peter Szijjarto Aİ-dən Ukraynaya hərbi yardım üçün ayrılan 10 milyard avronun hara göndərildiyi barədə məlumat verməsini istəyib.
Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrelin Avropa Sülh Fondunun resurslarının artırılmasını təklif edən bəyanatından sonra bildirib.
Daha əvvəl Borrell bildirib ki, Moskvanın Qara dəniz boyunca Ukrayna limanlarına gedən bütün gəmiləri hərbi yük daşıyıcıları kimi nəzərdən keçirmək qərarı Kiyevi taxıl ixracından əsas resurslardan məhrum edir, bununla bağlı Brüssel Kiyevə hərbi dəstəyi artırmaq qərarına gəlib.
Nuranə Məmmədova






