Ukraynanın baş naziri Denis Şmıxal Polşanı Avropa İttifaqı (Aİ) ölkələrinə Ukraynadan taxıl idxalına qoyulan qadağanı uzatmaq niyyətinə görə populizmdə ittiham edib .
Elchi.az xəbər verir ki, siyasətçi bəyanatını Tvitter-də dərc edib.
“Bu, qlobal ərzaq təhlükəsizliyinə və Ukrayna iqtisadiyyatına ağır zərbə vuracaq qeyri-dost və populist addımdır”, – respublika hökumətinin başçısı yazıb.
O, həmçinin Avropa Komissiyasına və Kiyevin tərəfdaşlarına Ukraynadan AB-yə ərzaq məhsullarının maneəsiz ixracını təmin etmək çağırışı ilə müraciət edib.
Nuranə Məmmədova





