Saxlanılan şəxslər qadınları gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb edirlərmiş
Azərbaycanda qadınları cinsi istismara məruz qoyan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Goranboy rayon sakini Şəkər Namazovanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı müəyyən edilib.
Anoloji fakt Gəncədə də qeydə alınıb. Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əhmədov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.



