ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Çeçenistanda jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova hücumu şərh edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
“Yelena Milaşina və Aleksandr Nemova qarşı dəhşətli hücumunu pisləyirik. Biz bütün məsul şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək üçün çağırışa qoşulur və onların mühüm işlərinin qorunmasına çağırırıq”, – deyə büro vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Çeçenistanda Nemov və Milaşina hücumu ilə bağlı iş açılıb. Bu barədə Çeçenistan Respublikası üzrə İstintaq Komitəsinin rəhbəri Vitali Volkov bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə məlumat verib.
Xatırladaq ki, bir qrup naməlum şəxs iyulun 4-də hava limanından Qroznıya gedərkən Milaşina və Nemovu döyüblər.
Havar Şəfiyeva





