İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani Türkiyənin İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırdığını xatırladaraq, “Türkiyə mühüm siqnallar verdi”,-deyib.
Elchi.az xəbər verir ki, Tajani Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra İtaliya mətbuatına açıqlama verib.
İclasın gündəmində olan Türkiyə-Avropa İttifaqı münasibətlərinə də münasibət bildirən Tajani Türkiyənin mühüm siqnallar verdiyini qeyd edib.
Tajani həmçinin iyulun 23-də Romada ev sahibliyi edəcəkləri “İnkişaf və Miqrasiya üzrə Beynəlxalq Konfransın” Afrikanın inkişafı və insan tacirləri ilə mübarizə baxımından əhəmiyyətli bir hadisə olacağını bildirib.
Nuranə Məmmədova






