Polşa Kiyevi yalnız Varşava üçün faydalı və dövlətin milli maraqlarına cavab verən məsələlərdə dəstəkləyəcəyini vəd edib. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı ölkələrinin xarici işlər orqanları rəhbərlərinin görüşünün yekunları üzrə ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski deyib.
Belə ki, nazir Ukraynanın baş naziri Denis Şmıxalın Polşanın Ukrayna taxılının idxalına qoyulan qadağanın müddətini uzatmaq planlarının qeyri-dost və populist addım olması ilə bağlı sözlərinə münasibət bildirib.
Yablonski belə bir bəyanatı nə çox diplomatik, nə də çox ağlabatan adlandırıb. O xatırladıb ki, Varşava Kiyevə böyük dəstək verir.
“Eyni zamanda, Ukrayna və ya digər müttəfiqlər üçün etdiyimiz hər şeyi biz həmişə edirik, çünki bu, bizim milli maraqlarımızın, dövlət maraqlarımızın həyata keçirilməsidir”, – xarici işlər nazirinin müavini vurğulayıb.
Yablonski əlavə edib ki, Varşava Kiyevi özü üçün faydalı olan sahələrdə dəstəkləyir və ölkələr arasında fikir ayrılığı yaranarsa, bu barədə danışmaqdan çəkinmir.
Havar Şəfiyeva






