Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində (Qazax rayonu istiqamətində) Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının görüşü keçiriləcək.
Elchi.az xəbər verir ki, bununla bağlı “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, sonuncu görüş iyulun 12-də sərhəddə keçirilib.
Rusiya səfiri Çexiya XİN-ə çağırılıb
Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...





