Rusiya Xarici İşlər Nazirliyi Çinin Odessadakı Baş Konsulluğu yaxınlığında baş verən partlayışlarla bağlı Çinin Moskvadakı səfirliyinə izahat verib. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.
“Rusiya Xarici İşlər Nazirliyi Çinin Moskvadakı səfirliyinə Rusiya Xüsusi Hərbi Əməliyyatının gedişi ilə bağlı lazımi izahat verib. Qeyd olunub ki, çinli tərəfdaşlarla bütün kommunikasiya kanalları işləyir”, – deyə XİN-dən bildirilib.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bildirib ki, Pekin Ukrayna münaqişəsinin tərəfləri ilə dialoqu davam etdirəcək və partlayışlar barədə xəbərlərdən sonra Çin vətəndaşlarını qorumaq üçün tədbirlər görəcək.
Havar Şəfiyeva





