Tayvan Müdafiə Nazirliyi Çinin adanın ətrafına 26 təyyarə və 7 dəniz gəmisi göndərdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasında son 24 saat ərzində Çin Xalq Azadlıq Ordusuna (ÇXR) aid 26 təyyarə və 7 dəniz nəqliyyat vasitəsinin Tayvan ətrafında aşkar edildiyi bildirilib.
Təyyarələrdən 13-nün Tayvan boğazını keçdiyi və ya Tayvanın “Hava Hücumundan Müdafiənin Müəyyənləşdirmə Bölgəsi” (ADIZ) elan etdiyi əraziyə daxil olduğu qeyd edilib.
Nazirlik vəziyyətin yaxından izləndiyi barədə məlumat paylaşıb.
İyulun 19-da Tayvanın hava hücumundan müdafiə təyinatlı ərazi kimi elan etdiyi əraziyə PLA-ya aid 10 hərbi təyyarə və 7 hərbi dəniz maşınının daxil olduğu açıqlanıb.
– Çin və Tayvan arasında müzakirələr
Çinin öz ərazisinin bir hissəsi kimi müdafiə etdiyi Tayvan 1949-cu ildə Çin Xalq Respublikasının yarandığı vaxtdan de-fakto müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılıq hələ də davam edir.
Pekin “Vahid Çin” prinsipini vurğulayaraq Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan dövlətlərin Tayvanla diplomatik əlaqələri kəsməsini şərt qoyur.
Nuranə Məmmədova






