Pekin Ukrayna münaqişəsinin tərəfləri ilə dialoqu davam etdirəcək və Çinin Odessadakı Baş Konsulluğunda partlayışlar barədə məlumatlardan sonra Çin vətəndaşlarının müdafiəsi üçün tədbirlər görəcək. Elchi.az xəbər verir ki, TASS agentliyinin verdiyi məlumata görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.
“Çin müvafiq tərəflərlə əlaqə saxlamağa davam edəcək. Biz Ukraynadakı ÇXR təşkilatlarının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görəcəyik” – deyə diplomat bildirib.
Havar Şəfiyeva





