Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etmək qərarının qlobal ərzaq qiymətlərinə və inkişaf etməkdə olan ölkələrə geniş təsir göstərəcəyi barədə xəbərdarlıq edərək Moskvanı razılaşmaya qayıtmağa çağırıb.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Rusiyanın taxıl sazişini ləğv etmək qərarının təsirləri BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Rusiyanın razılaşmaya qayıtmasının vacibliyini vurğulayan bir çox üzv dövlət də sıx səylərinə görə Türkiyə və BMT-yə təşəkkür edib.
Nuranə Məmmədova






